“Kimsənin arxasından iş çevirmədim”

“Brayton”dan ayrılan Roberto de Zerbi yeni təkliflərlə bağlı danışıb. İtaliyalı məşqçi başqa klublarla danışıq aparması üzündən İngiltərə təmsilçisi ilə münasibətlərinin pisləşməsi barədə xəbərləri təkzib edib.

Newsport.az xəbər verir ki, de Zerbi anlaşmasına sadiq olduğunu bildirib: “İşlədiyim nüddətdə diqqətimi “Brayton”un uğurlarına yönəltdim. Kimsənin arxasından iş çevirmədim, bazarlıq etmədim. Bu ana qədər də heç kimdən rəsmi təklif almamışam. Deylənlər, yazılanlar yalnız sözdən ibarətdir”.

44 yaşlı mütəxəssis “Brayton”dakı iki illik fəaliyyətindən sonra istefaya göndərilib. Onunla bir sıra klubların maraqlandığı deyilir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right