Benzema Səudiyyə Ərəbistanını tərk etməyi planlaşdırır

"Əl-İttihad"ın hücumçusu Kərim Benzema Səudiyyə Ərəbistanını tərk etməyə hazırlaşır.

Newsport.az "Marca"ya istinadən xəbər verir ki, fransalı forvard Madridə son səfəri zamanı dostlarına Səudiyyə Ərəbistanına yollandığına görə məyus olduğunu açıqlayıb. O, Səudiyyə Ərəbistanında futbolun səviyyəsinin aşağı olması, çempionatın şəraitsizliyi, peşəkar idmançı üçün vacib hesab etdiyi bəzi sahələrdə peşəkarlığın olmamasından narahatlığını bildirib.

Benzema klubu tərk etmək istəyir. Lakin ərəblər onu buraxmayacaq. Belə ki, yerli klublara ulduz futbolçuları almaq üçün pul verən Səudiyyə fondu Kərimə üç illik müqaviləyə görə 200 milyon avro ödəyəcək. 36 yaşlı forvard 2023-cü ilin yayında “Real”dan “Əl-İttihad”a keçmişdi. Bu mövsüm fransalı bütün turnirlərdə 29 oyun keçirib, 13 qol vurub və 8 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right