"Tottenhem"in futbolçusu Emerson Royal yayda komandadan ayrıla bilər.
Newsport.az-ın məlumatına görə, "Bavariya" braziliyalı sağ cinah müdafiəçisini transfer etmək istəyir. Bu barədə "Bild" nəşri məlumat yayıb.
Almaniya klubundan başqa "Milan" və "Yuventus" da 25 yaşlı arxa xətt oyunçusu ilə maraqlanır. London təmsilçisi futbolçunu 30 milyon avroya satmağa hazırdır.
Qeyd edək ki, Emerson Royal bu mövsüm "Tottenhem"in heyətində meydana çıxdığı 23 rəsmi matçda 1 qol vurub.