Mahir Emreli: "Beş ay sonra meydana çıxmaq məni həyəcanlandırdı"

"Dinamo"nun hücumçusu mahir Emreli uzunmuddətli zədədən sonra ilk rəsmi matçında çıxıb.

Newsport.az xəbər verir ki, 27 yaşlı forvard Xorvatiya çempionatının "Slaven"lə səfər matçının 46-cı dəqiqəsində meydana daxil olub. "Dinamo"nun 3:2 hesablı qələbəsi ilə başa çatan oyundan sonra millimizin hücumçusu instaqram hesabında paylaşım edib:

"Uzun müddətdən sonra oyuna çıxıb, qələbə qazanmaq çox xoş duyğulardır. Beş ay sonra meydana çıxmaq məni həyəcanlandırdı. İnanılmaz dəstəyiniz üçün hər kəsə öz təşəkkürümü bildirirəm".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right