“Lill”in mərkəz müdafiəçisi Leni Yoro ilə maraqlanan klublar arasında “Mançester Yunayted” də var.
Newsport.az “Caught Offside”-a istinadən xəbər verir ki, “qırmızı şeytanlar” yayda əvvəllər “Real”ın transfer hədəfi sayılan oyunçunu almaq istəyirlər.
“Lill” futbolçu üçün 45-50 milyon avroluq təklifləri qəbul edəcək. Ancaq rəqabət çox yüksək olarsa, kompensasiya məbləği arta bilər.