“Çelsi” “Yeni Messi” üçün hərəkətə keçib

“Çelsi” “Palmeyras” klubunun vingeri Estevao Villianın transferi üçün müqavilənin şərtlərini razılaşdırıb. 

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, 17 yaşlı futbolçunun transferi “zadəganlar”a 65 milyon avroya başa gələcək.

Vililan yalnız 2025-ci ilin yayında, 18 yaşı tamam olanda “Çelsi”yə keçə biləcək. Həmin vaxta qədər futbolçu “Palmeyras”da oynamağa davam edəcək. 

Xatırladaq ki, Estevaonu vətənində “Yeni Messi” adlandırırlar. “Barselona”, “Real” və “Bayern” kimi klublar da gənc vingerin xidmətində maraqlıdır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right