Bundesliqada mövsümə yekun vuruldu

Almaniya Bundesliqasında mövsümə yekun vurulub.

Newsport.az xəbər verir ki, bu gün 34-cü turun oyunları keçirilib.

Çempion “Bayer” son turda “Auqsburq”a da qalib gəlməklə mövsümü məğlubiyyətsiz başa vurub.

“Bayern” isə son turda səfərdə “Hoffenhaym”a uduzub və 2-ci yerdən də olub. Əvəzində Mönhenqladbax “Borussiya”sına böyük hesabla qalib gəlmiş “Ştutqart” 2-ci pilləyə yüksəlib.

Dortmund “Borussiya”sı da “Darmştadt”a 4 cavabsız qolla qalib gəlib.

Mövsümün yekunlarına əsasən, ilk beşlikdə qərarlaşan “Bayer” (90 xal), “Ştutqart” (73), “Bayern” (72), “Lepysiq” (65) və Dortmund “Borussiya”sı (63) UEFA Çempionlar Liqasında iştirak hüququ qazanıblar. 47 xalla 6-cı olan “Ayntraxt” Avropa Liqasına, 46 xalla 7-ci olan “Hoffenhaym” isə Konfrans Liqasına vəsiqə qazanıb.

33 xalla 16-cı olan “Boxum”, 27 xalla 17-ci pillədə qərarlaşmış “Köln” və 17 xalla sonuncu yeri tutan “Darmştadt” Bundesliqanı tərk ediblər.

Almaniya Bundesliqası
34-cü tur
18 may

Bayer – Auqsburq 2:1
Qollar: Bonifase, 12. Andrix, 27 – M.Kömür, 62.

Borussiya (Dortmund) – Darmştadt 4:0
Qollar: Maatsen, 30. Roys, 38. Brandt, 72. Malen, 88.

Ayntraxt – Leypsiq 2:2
Qollar: Ekitike, 60. Marmuş, 60 – X.Simons, 42. Şeşko, 46.

Haydenhaym – Köln 4:1
Qollar: E.Dinkci, 16; 22. Sessa, 36. Beste, 78 – Tigges, 64.

Hoffenhaym – Bayern 4:2
Qollar: Beyer, 8. A.Kramariç, 68; 85; 87 – M.Tel, 4. A.Deyvis, 6.

Ştutqart – Borussiya (Mönhenqladbax) 4:0
Qollar: Girassi, 23; 31. Yonq, 75. Silas, 83.

Union Berlin – Frayburq 2:1
Qollar: Hollerbax, 68. Haberer, 90+2 – Doan, 85.

Verder – Boxum 4:1
Qollar: Fridl, 6. Yunq, 78. Staqe, 80. Şmid, 87 – Adjey, 85.

Volfsburq – Maynts 1:3
Qollar: K.Paredes, 18 – Qruda, 24. Van den Berq, 72. Burkardt, 85.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right