Premyer Liqada mövsümün ən yaxşısı açıqlandı

İngiltərə Premyer Liqasında 2023/2024 mövsümünün ən yaxşı oyunçusu müəyyənləşib.

Newsport.az xəbər verir ki, "Mançester Siti"nin futbolçusu Fil Foden ən yaxşı seçilib. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

23 yaşlı yarımmüdafiəçi sorğuda Aleksander İsak ("Nyukasl"), Martin Edeqor, Deklan Rays (hər ikisi "Arsenal"), Koul Palmer ("Çelsi"), Vircil van Deyk ("Liverpul") və Olli Uotkinsi ("Aston Villa") qabaqlayıb.

Qeyd edək ki, Fil Foden bu mövsüm Premyer Liqada meydana çıxdığı 34 matçda 17 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right