Platini rüşvət məsələsinə aydınlıq gətirdi: "Mən gülləkeçirməzəm”

2 milyon İsveçrə frankı həcmində rüşvət almaqda təqsirləndirildiyi üçün 90 gün müddətinə UEFA prezidentliyindən kənarlaşdırılan Mişel Platini FİFA prezidenti Yozef Blatterlə aralarında yazılı razılaşma, yəni müqavilə olmadığını təsdiqləyib.

Newsport.az-ın məlumatına görə, fransız futbol funksioneri bu pulu dünya çempionatlarının təşkilatçılığında Blatterin məsləhətçisi kimi aldığını bildirib. 

Platinin dediklərini öz dilinən eşidək: "Olanlar qəribə görünə bilər. Amma hadisələr məhz deyəcəyim kimi olub. 1998-ci ildə mən Dünya Çempionatının təşkilat komitəsinin sədri idim. FİFA prezidenti seçkiləri yaxınlaşırdı. 1974-cü ildən FİFA-ya başçılıq edən Joao Avelanj postundan gedirdi. Sinqapurda olarkən Blatter məni yanına çağırıb dəstəyimə ehtiyacı olduğunu söylədi. Hətta konkret olaraq "Blatter – prezident, Platini – baş katib. Əla cütlük olar. Nə deyirsən?” deyə soruşdu. Söylədim ki, mənə bu maraqlı deyil, Dünya Çempionatı ilə məşğulam.

İki ay sonra Blatter prezident seçildi və yenə məni yanına çağırıb məsləhətçisi olmağımı istədi. Razılaşdım və məndən nə qədər pul istədiyimi soruşdu. Dedim milyon. Soruşdu ki, milyon nə? Dollar, funt, rubl? Sonra da dedi: "Yaxşı, qoy ildə 1 milyon İsveçrə frankı olsun".
Uzun illər boyu heç kim bu məsələylə bağlı heç kim mənimlə danışmamışdı. Nə agentlər, nə hüquqşünaslar. Bu, iki nəfər arasında şifahi raılaşma idi. Bu, FİFA prezidenti ilə anlaşma idi! Mən ona inanırdım. Özü də bildiyim qədər ilə İsveçrə qanunvericiliyinə görə şifahi razılaşma da, yazılı sənəd kimi hüquqi qüvvəyə malikdir”.
Bu arada Platini İngiltərə mətbuatını ilginc açıqlamalar verib. O, gülləkeçirməz olduğunu deyib: "Bu qalmaqalın nüfuzuma təsir edəcəyinə inanmıram. Çünki mən gülləkeçirməzəm. Mən FİFA-nın yenidən futbolun evi olacağına zəmanət verə biləcək yeganə şəxsəm! Amma hər dəfə mən İkar kimi Günəşə yaxınlaşanda, o məni yandırır...”




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right