İtaliya klubu rus futbolçunu transfer etmək istəyir

İtaliya A seriyasına yüksələn “Komo” heyətini rusiyalı futbolçu ilə gücləndirmək istəyir.

Newsport.az “Legalbet”ə istinadən xəbər verir ki, İtaliya klubu Danil Kozlovu heyətinə qatmağı planlaşdırır. 

“Baltika”nın yarımmüdafiəçisinin “Komo”ya keçmək istəyində olduğu bildirilir. 19 yaşlı forvard “Zenit”in yetirməsidir və bu mövsümdən “Baltika”da oynayır. 

Bu mövsüm İtaliya B seriyasında mübarizə aparan “Komo” yeni sezondan A seriyasında oynamaq hüququna yiyələnib.Komandanın baş məşqçisi “Arsenal”, “Barselona” və “Çelsi”dəki çıxışları ilə tanınan Sesk Fabreqasdır. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right