Almaniya klubu "Qalatasaray"ın müdafiəçisini istəyir

“Qalatasaray”ın futbolçusu Davinson Sançes Almaniya klubunun maraq dairəsindədir.

Newsport.az “Bild”ə istinadən xəbər verir ki, kolumbiyalı müdafiəçini “Ştutqart” heyətinə qatmaq niyyətindədir. Bundesliqa təmsilçisi 27 yaşlı futbolçu üçün qarşı tərəfə ilkin təklifini irəli sürüb.

Amma hələ ki, “Qalatasaray” rəsmiləri təklifə konkret cavab verməyib. Sançesin İstanbul təmsilçisi ilə müqaviləsi 2027-ci il iyunun 30-na qədərdir. O, 2023-cü il sentyabrın 4-də Türkiyə nəhəngi ilə anlaşmışdı.

Kolumbiya millisinin üzvü buna qədər “Atletiko Nasyonal”, “Ayaks”, “Tottenhem” klublarında oynamışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right