"Marsel"in baş məşqçisi karyerasını başa vurur

"Marsel"in baş məşqçisi Jan-Lui Qasse cari mövsümün sonunda peşəkar karyerasını bitirəcəyini açıqlayıb. 

Newsport.az xəbər verir ki, “Actu Foot”a danışan təcrübəli mütəxəssis bunları deyib:

“Bazar günü həqiqətən də karyeramın son matçı olacaq. Bu, mənim son qərarımdır”.

Mütəxəssis karyerası ərzində "Bordo", "Sent-Etyen" klublarını, həmçinin Fil Dişi Sahili millisini çalışdırıb. O, 2024-cü ilin fevralında “Marsel”ə rəhbərlik edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right