Almaniya ikinci Bundesliqasında 11-ci turun oyunları keçirilib.
Newsport.az-ın məlumatına görə, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun komandası - "Karlsrue" də növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "1860 Münhen"lə qarşılaşıb. Matç 1:0 hesabı ilə futbolçumuzun komandasının xeyrinə başa çatıb. Start heyətdə meydana çıxan Nazarov 67-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, "Karlsrue" hazırda 12 xalla 12-ci pillədə qərarlaşıb.