Avropa Liqasının qrup mərhələsində "Qəbələ"nin rəqibi olan Almaniyanın "Borussiya" (Dortmund) klubu bir futbolçusu ilə müqavilə yeniləyib.
Newsport.az-ın məlumatına görə, sözügedə komanda 19 yaşlı yarımmüdafiəçi Paskal Ştentsellə yeni müqavilə bağlayıb.
Yeni anlaşmaya görə bu futbolçu 2019-cu ilin 30 iyununa qədər "Borussiya"nın şərəfini qoruyacaq.
Qeyd edək ki, "Qəbələ" oktyabrın 22-də "Bakcell Arena"da "Borussiya" ilə görüşəcək. Həmin oyun saat 20:00-da start götürəcək.