"Ştefan Stoykanın aqibəti Azərbaycanla oyundan asılı olmayacaq"

Məlum olduğu kimi, Azərbaycan yığması noyabr ayında Moldova ilə Bakıda yoxlama oyunu keçirəcək.

Newsport.az-ın məlumatına görə, hazırda rəqib komandanın baş məşqçisi Ştefan Stoykanın istefası gündəmdədir.

Artıq bu məsələyə Moldova Futbol Federasiyasının prezidenti Pavel Çebanu da münasibət bildirib: "Ştefan Stoykanı Azərbaycana qarşı bir yoxlama oyunu gözləyir. Onun taleyi bu oyundan asılı deyil. Amma balans görünəcək. Biz Rusiya, Avstriya və İsveçlə yox, Azərbaycanla oynayacağıq. Hazırda hansı səviyyədə olduğumuzu görmək bizə maraqlı olacaq. Bu oyunda eksperiment aparmaq lazım deyil. Ən güclü heyətlə oynamağımız lazımdır".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right