Alleqri İtaliya qəzetinin direktoruna hücum etdi

Ötən gecə İtaliya kubokunun finalında "Atalanta" - "Yuventus" oyunundan (0:1) sonra qalmaqal yaşanıb.

Newsport.az xəbər verir ki, "Yuventus"un baş məşqçisi Massimiliano Alleqri İtaliyanın “Tuttosport” nəşrinin direktoru Qvido Vaçaqonun üstünə hücum çəkib. Mütəxəssis direktora bu sözləri deyib:  “Bəli, direktor! Bəli, siz pis rejissorsunuz. Öz qəzetinizdə cəmiyyətin sizə diktə etdiyini yox, həqiqəti yazın! Oxucuları aldatmağı dayandırın”.

Cavabında Vaçaqo bildirib ki, onun qəzetində həmişə yalnız doğru xəbərlər yayımlanır: "Tuttosport"da biz həmişə həqiqəti yazmışıq. Bəyənsəniz də, bəyənməsəniz də".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right