"Mançester Yunayted"i tərk edəcək daha bir futbolçu bəlli oldu

Rafael Varandan sonra "Mançester Yunayted"i tərk edəcək daha bir oyunçunun adına aydınlıq gəlib.

Newsport.az xəbər verir ki, Aaron Van-Bissaka komandadan ayrılacaq. Bu barədə "The Sun" nəşri məlumat yayıb.

"Qırmızı şeytanlar" 26 yaşlı sağ cinah müdafiəçisi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verəcək.

Qeyd edək ki, "Mançester Yunayted" Aaron Van-Bissakanı 2019-cu ilin yayında "Kristal Pelas"dan transfer edib. İngiltərə millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 27 rəsmi matçda 3 qol ötürməsi ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right