“Barselona”nın yay fasiləsində transfer etmək istədiyi ilk futbolçu müəyyənləşib. Newsport.az xəbər verir ki, İspaniya klubu “Liverpul”un hücumçusu Luis Diasa göz dikib.
Kolumbiya millisinin üzvü kataloniyalıların sol cinahına prioritetidi. Dias özü də İspaniya nəhənginə keçməyin əleyhinə deyil. Onun atası da oğlunun “Barselona”da oynamasını arzulayır. Bu keçidə klubun maliyyə durumu mane ola bilər. Lakin rəhbərlik yayda güclənməkdə qərarlıdı.
Qeyd edək ki, Luis Diasın “Liverpul”la müqaviləsi 2027-ci ilə qədərdi.