"Mbappe yeni mövsümdən Madriddə olacaq, dəqiqdir"

İspaniya La Liqasının prezidenti Xavyer Tebas yay "transfer pəncərəsi"ndə PSJ-nin hücumçusu Kilian Mbappenin "Real"a transferini təsdiqləyib. 

Newsport.az xəbər verir ki, "Ole"yə danışan Tebas fransalının yeni mövsümdən Primeroda oynayacağından söhbət açıb: 

"Mbappe gələn mövsümdən Madriddə olacaq. Bu, dəqiqdir. O, dünyanın ən yaxşı oyunçularından biridir. Amma "Real"da Vinisius və Bellingemlə birlikdə əla komanda olacaq. Amma təbii ki, bu, çempionatda qələbəyə zəmanət vermir".

Əlavə edək ki, Mbappenin PSJ-dən mövsümün sonunda ayrılacağı və yeni sezondan "Real" üçün oynayacağı bildirilir.
 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right