İngiltərə Premyer Liqası: “Mançester Siti” “Tottenhem”i məğlub edərək, liderliyə yüksəlib

İngiltərə Premyer Liqasının XXXVII turunda “Mançester Siti” London təmsilçisi “Tottenhem”dən güclü olub.

Newsport.az-ın məlumatına görə, Böyük Britaniyanın paytaxtında, "Tottenhem Hotspur" stadionunda baş tutan görüş Xosep Qvardiolanın komandasının inamlı qələbəsi ilə yekunlaşıb - 2:0.

Bu qələbədən sonra “şəhərlilər” 88 xalla ən yaxın izləyicisi London “Arsenal”ını 2 xal qabaqlamaqla turnir cədvəlinə başçılıq edir. "Tottenhem" 63 xalla 5-ci pillədə qalıb və Çempionlar Liqasına vəsiqə şansını itirib.

Son turda “Mançester Siti” Londonun “Vest Hem” komandası ilə qarşılaşacaq. Oyun mayın 19-da Mançesterdə keçiriləcək və Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right