UEFA Azərbaycanlı referi Əliyar Ağayevə növbəti təyinatı həvalə edib.
Newsport.az saytının əldə etdiyi məlumata görə, Əliyar Ağayev UEFA Gənclər Liqasında baş tutacaq "Zenit” – "Lyon” oyununa təyinat alıb. Onun köməkçiləri Knyaz Əmiraslanov və Mübariz Həşimov olacaq.
Qarşılaşma sabah baş tutacaq.