Səudiyyə Ərəbistanı klubu tanınmış mütəxəssislə anlaşmaq istəyir

Cennaro Qattuzo karyerasını Səudiyyə Ərəbistanı çempionatında davam etdirməyə yaxındır. 

Newsport.az "Tuttomercato"ya istinadən xəbər verir ki, 46 yaşlı məşqçiyə "Əl-Taavun" klubundan rəsmi təklif gəlib.

Son olaraq "Marsel"i çalışdırmış italiyalı öncə Avropadan gələcək təklifləri dəyərləndirmək istəyir.

Ən pis halda isə, o, "Əl-Taavun"un dəvətini qəbul edəcək.  Bu klub 31 turdan sonra 52 xalla Səudiyyə Ərəbistanı çempionatında dördüncü pillədədir. 

Komandanı iki ildir ki, 58 yaşlı braziliyalı mütəxəssis Perisles Şamuska çalışdırır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right