"Qəbələ"nin rəqibinə son dəqiqə zərbəsi

"Qəbələ"nin Avropa Liqasındakı rəqiblərindən olan PAOK Yunanıstan Superliqasında növbəti matçına çıxıb.

Newsport.az-ın məlumatına görə, Saloniki təmsilçisi səfərdə "İraklis"in qonağı olub. 6 qolun vurulduğu qarşılaşmada qalib müəyyənləşməyib - 3:3.

Qeyd edək ki, "Qəbələ"nin digər rəqibi olan Dortmund "Borussiya"sı Bundesliqanın 9-cu turunda "Maynts"a 2:0 hesabı ilə qalib gəlib. 

18 oktyabr

Yunanıstan Superliqası, 7-ci tur

22:30.”İraklis” – PAOK - 3:3

Qollar: Makris, 14 (1:0), Pelkas, 35 (1:1), Velios, 43 (2:1), Berbatov, 65 (2:2), Tzavellas, 77 (2:3), Bartolini, 90+3 (3:3)

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right