"Real"ın baş məşqçisi bu futbolçunun transfer edilməsini istəyir

"Real" Kilian Mbappe transferini reallaşdıra bilməsə, diqqətini "Borussiya"da oynayan Ceydon Sançoya yönəldib.

Newsport.az "Marca"ya istinadən xəbər verir ki, "kral klubu" "Mançester Yunayted"ə məxsus olan ingilis futbolçunu yayda heyətinə qatmağı planlaşdırır.

Əslində, bu Karlo Ançelottinin fikridir. Amma klub prezidenti Florentino Peres Sançonun transferini dəstəkləmir.

“Mançester Yunayted” 24 yaşlı oyunçunun “Borussiya”dakı uğurlu çıxışına baxmayaraq, yayda onu satmaq istəyir. Sanço mövsümün sonunda Dortmund klubundan ayrılaraq Mançesterə qayıdacaq. Çünki onun müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right