Bu gün Konfrans Liqasında ilk finalçı bilinəcək Yenilənir

Bu gün Konfrans Liqasında ilk finalçının adına aydınlıq gələcək.

Newsport.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab matçında "Brügge" "Fiorentina"nı qəbul edəcək. Oyun Bakı vaxtı ilə saat 20:45-də başlayacaq. Matçı Türkiyəli FİFA referisi Halil Umut Meler idarə edəcək.

Bu komandalar arasında ilk görüşdə "Fiorentina" 3:2 hesablı qələbə qazanıb.

"Fiorentina" - "Brügge" cütünün  qalibi finalda "Olimpiakos" - "Aston Villa" cütünün güclüsü ilə üz-üzə gələcək. 

Konfrans Liqası, yarımfinal mərhələsinin cavab oyunları

8 may

20:45. "Brügge" (Belçika) - "Fiorentina" (İtaliya)

Baş hakim: Halil Umut Meler

İlk oyun - 2:3

"Yan Breydel Stadionu"





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right