"Fənərbaxça" Uruqvay millisinin üzvü üçün hərəkət keçdi

"Fənərbaxça" Uruqvay millisinin və "Toluka"nın futbolçusu Maksimilano Arauxonu transfer etməyə hazırlaşır. 

Newsport.az "Fanatik"ə istinadən xəbər verir ki, İstanbul klubu sol cinah yarımmüdafiəçisi üçün hərəkətə keçib. Amma uruqvaylını transfer etmək elə də asan olmayacaq.

Çünki Avropanın bir neçə klubu da Arauxonu heyətinə qatmaq niyyətindədir. 

24 yaşlı futbolçunun transfer dəyəri 7,5 milyon avro olaraq qiymətləndirir.

O, Uruqvayda "Uonderers"də oynadıqdan sonra "Puebla"ya (Meksika), oradan isə "Toluka"ya keçmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right