Enrike məğlubiyyəti şərh etdi

PSJ-nin baş məşqçisi Luis Enrike komandasının Çempionlar Liqasında mübarizəni dayandırması haqqında danışıb.

Newsport.az xəbər verir ki, Paris təmsilçisi ötən gecə yarımfinalın cavab görüşündə evdə Dortmund "Borussiya"sına uduzub - 0:1. Komandalar arasında ilk görüşdə də Almaniya klubu eyni hesabla qalib gəlib.

Luis Enrike isə cavab matçından sonra açıqlamasında bu nəticəni ədalətsiz hesab etdiyini bildirib: 

“Futbol o qədər ədalətsizdir ki...Uduzmaq məyusedicidir. Xüsusən də bu şəkildə. Bu gün qapıya doğru 31 zərbə vurduq, amma qol vura bilmədik. Bu, demək olar ki, inandırıcı deyil. Amma futbolda belə vəziyyətlər olur. Rəqibi təbrik edirəm. Çempionlar Liqasında yüksək rəqabət var, biz bu məğlubiyyəti qəbul edirik". 

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right