Tomas Tuxel: "Madriddə qələbə qazanacağıq"

"Bavariya" Çempionlar Liqası yarımfinal mərhələsinin cavab görüşü çərçivəsində səfərdə "Real"ın qonağı olacaq.

Newsport.az-ın məlumatına görə, Münhen təmsilçisinin baş məşqçisi Tomas Tuxel matçdan öncə açıqlama verib. Alman mütəxəssis iddialı danışıb:

"Vəziyyət konkretdir, Madriddə qələbə qazanacağıq və "Uembli"dəki finala gedəcəyik. Nələr olacağını sabah görəcəyik".

Qeyd edək ki, "Real" - "Bavariya" qarşılaşması sabah saat 23:00-da baş tutacaq. Komandalar arasında Almaniyada keçirilmiş ilk oyun 2:2 hesablı bərabərliklə yekunlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right