Ulduz futbolçu daşqınlarda 100 nəfəri xilas etdi

“Qremio”nun futbolçusu Dieqo Kosta Braziliyada vermiş dağıdıcı daşqınlarda 100 nəfərin xilas olunmasına kömək edib.

Newsport.az-ın məlumatına görə, 35 yaşlı hücumçu daşqın zamanı sıxışan insanları təhlükəsiz yerə çatdırmaq üçün cip və qayığından istifadə edib. Təcrübəli forvard xilasetmə işlərinə dostlarını da cəlb edib. 

Qeyd edək ki, Dieqo Kosta bu ilin yanvar ayından "Qremio"da çıxış edir. İspaniya millisinin sabiq üzvü daha əvvəl "Braqa", "Atletiko", "Çelsi", "Albasete", "Penafiel", "Selta", "Vulverhempton" və "Botafoqo"nun formasını geyinib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right