İngiltərə Çempionşipdə mövsümü 7-ci pillədə başa vuran və Premyer Liqada iştirak şansını əldən verən " Hall Siti" baş məşqçisi Liam Roseniorla yollarını ayırıb .
Newsport.az xəbər verir ki, bu barədə "Hull Live" məlumat yayıb. Bildirilib ki, Liqanın son matçında səfərdə "Plimut"a 1:0 hesabı ilə uduzan "Hall Siti"nin sahibi Acun Ilıcalı oyundan sonra Roseniorla danışıb. Bu gün 39 yaşlı mütəxəssislə növbəti dəfə görüşülüb və yollar ayrılıb.