"Roma" portuqaliyalı üçün 15 milyon avro ödəməyəcək

"Roma" PSJ-dən icarəyə götürdüyü Renato Sançeslə bağlı qərar verib.

Newsport.az xəbər verir ki, İtaliya klubu portuqaliyalı yarımmüdafiəçini komandada saxlamayacaq. Bu barədə Fabritsio Romano məlumat yayıb.

Paytaxt təmsilçisi 26 yaşlı futbolçu üçün 15 milyon avro ödəmək niyyətində deyil. Portuqaliya millisinin üzvü Paris klubuna qayıdacaq.

Qeyd edək ki, Renato Sançes "Roma"nın heyətində meydana çıxdığı 12 rəsmi matçda 1 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right