“Biz çox xoşbəxtik” Ançelotti

“Real”ın baş məşqçisi Karlo Ançelotti İspaniya çempionatını qazandıqdan sonra hisslərini bölüşüb.

Newsport.az-məlumatına görə, o, eyni zamanda, komandanın çempionatda qələbə qazanmasında əsas amilin nə olduğunu da açıqlayıb:

“Biz çox xoşbəxtik. Bu, layiqli qələbə idi. Bu hadisəni bütün azarkeşlərlə qeyd etmək istərdik, lakin onlar başa düşürlər ki, bizi çərşənbə günü çox vacib sınaq gözləyir. Onları sevindirmək üçün yaxşı hazırlaşmaq istəyirik və bu həftə sonu birlikdə titulu qeyd edəcəyik.

Bu komandanı idarə etmək asandır. Çünki çox bağlılıq, kiçik eqo var, hamı bir-birinə kömək edir və mehribandır. Bizim yaxşı şəraitimiz var və bu xüsusiyyətlər bizə qələbə qazanmağa imkan verdi”.

“Barselona” mayın 4-də La Liqanın 34-cü turunun matçında “Jirona”ya uduzub (2:4) və turnir cədvəlində “Real”ı keçmək şansını itirib. Madrid klubu bununla da, vaxtından əvvəl ölkə çempionu olub.

“Real” mayın 8-də Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda “Bayern”lə qarşılaşacaq. Komandalar arasında ilk görüş heç-heçə (2:2) başa çatıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right