"Qəbələ"nin sabiq baş məşqçisi Dadaşovun oynadığı komandada çalışacaq

“Qəbələ”nin sabiq baş məşqçisi Fatih Kavlakın işsiz günləri başa çatıb.

Newsport.az xəbər verir ki, türkiyəli mütəxəssis Azərbaycan millisinin hücumçu Renat Dadaşovun formasını geyindiyi “Hatayspor” klubuna qayıdıb.

Kavlak yenidən klubun idman direktoru vəzifəsinə təyin edilib.

"Hatayspor" 33 xalla 18-ci pillədə qərarlaşıb. O, son olaraq "Adanaspor"da baş məşqçi kimi işləyib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right