“Olimpiakos” və “Fiorentina”dan qələbə Yenilənib

Konfrans Liqasında bu gün yarımfinal mərhələsinin ilk oyunları keçirilib. Newsport.az xəbər verir ki, final yolunda dörd komanda üz-üzə gəlib.

Turnirin əsas favoriti “Aston Villa” “Olimpiakos”u sınağa çəkib. Görüş Yunanıstan təmsilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.

"Fiorentina” isə İtaliyada “Brügge”ni qəbul edib. Oyun meydan sahibinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Konfrans Liqası
Yarımfinal, ilk oyunlar
2 may

“Aston Villa” (İngiltərə) – “Olimpiakos” (Yunanıstan) 2:4
“Villa Park” stadionu

“Fiorentina” (İtaliya) – “Brügge” (Belçika) 3:2
“Artemio Franki” stadionu





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right