"Real" Marselonun oğlu ilə müqaviləni uzatdı

“Real” sabiq futbolçusu Marselonun oğlu Entso Alveşlə müqaviləni uzadıb.

Newsport.az xəbər verir ki, bu barədə Marselo öz İnstaqram hesabında paylaşım edib.

Mərkəz hücumçusu ilə 2026-cı ilin yayına qədər olan müqavilə daha bir illik artırılıb. 

Oğlunu təbrik edən Madrid klubunun sabiq kapitanı yazıb: “Oğlumu daha bir məqsədə nail olması münasibətilə təbrik edirəm! Sevinc, iş və məsuliyyət”.

15 yaşlı mərkəz hücumçusu İspaniyanın U-15 millisində də çıxış edir.

Qeyd edək ki, Marselo 2007-2022-ci illərdə “Real”da oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right