Ulduz futbolçunun satışından 68,5 milyon avro itirəcəklər

İcarə əsasında “Roma”da çıxış edən Romelu Lukaku mövsümün sonunda müqavilə ilə məxsus olduğu “Çelsi”ni birdəfəlik tərk edəcək. Newsport.az xəbər verir ki, London təmsilçisi yayda onun satışı üçün təklifləri nəzərdən keçirəcək.

Premyer Liqa təmsilçisi belçikalının satışından müqavilədə nəzərdə tutulan 44,5 milyon avroluq sərbəst qalma məbləğini qazanmağı, həmin pulu “Napoli”nin hücumçusu Viktor Osimxenin keçidinə xərcləməyi planlaşdırır.

“Çelsi” Lukaku üçün tələb olunan bu məbləği ala bilsə, klub oyunçunun satışından 68,5 milyon avro itirəcək. Çünki paytaxt təmsilçisi onu 2021-ci ildə “İnter”dən 113 milyon avroya alıb.

Qeyd edək ki, Romelu Lukaku bu mövsüm 42 oyunda 19 qol vurub, 4 məhsuldar ötürmə verib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right