Almaniyanın 5 komandası ÇL-də

Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda Dortmund “Borussiya”sının PSJ üzərində qələbəsi (1:0) sayəsində Almaniya ən nüfuzlu klub turnirinə əlavə yer qazanıb. Newsport.az xəbər verir ki, bu nəticədəmn sonra Almaniya Bundesliqası UEFA əmsallar cədvəlində ilk 2 pillədə yer almağı təmin edib.

Bu isə o deməkdi ki, 2024-25 mövsümündə Almaniyadan 5 komanda Çempionlar Liqasında çıxış edəcək. Bunlar isə “Bayer”, “Bavariya”, “Ştutqart”, “Leypsiq” və Dortmund “Borussiya”sıdı.

Qeyd edək ki, növbəti mövsümdən Çempionlar Liqasında 32 yox, 36 komanda olacaq. Hər komanda artıq 8 fərqli rəqibə qarşı 8 matç keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right