UEFA bu futbolçuların oyununu səsverməyə çıxardı

Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər məlum olub.

Newsport.az UEFA-nın saytına istinadən xəbər verir ki, bu ada "Real"dan Vinisius Junior və Dortmund "Borussiya"sından Mats Hummels namizəd göstərilib.

Qalib UEFA-nın saytında keçirilən sorğu nəticəsində müəyyənləşəcək.

Qeyd edək ki, Vinisius "Bavariya" ilə səfər matçında (2:2) dubl edib. Hummels isə evdə PSJ-yə qalib gəldikləri oyunda (1:0) qapının toxunulmaz saxlanılmasında əsas pay sahiblərindən biri olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right