Dünya çempionu klubundan təklif gözləyir

"Benfika"nın futbolçusu Anxel Di Mariyanın klubla müqaviləsi mövsümün sonunda başa çatır.

Newsport.az xəbər verir ki, argentinalı vinger Lissabon təmsilçisində qalmaq istəyir. Bu barədə yerli mətbuat məlumat yayıb.

Dünya çempionu klubdan yeni müqavilə təklifi gözləyir.

Qeyd edək ki, Anxel Di Mariya mövsümün əvvəlində azad agent statusu ilə "Benfika"ya keçib. 36 yaşlı futbolçu Portuqaliya təmsilçisinin heyətində meydana çıxdığı 46 rəsmi matçda 16 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right