"Qalatasaray"ın ulduzuna Premyer Liqadan təklif

"Qalatasaray"ın futbolçusu Vilfred Zaha İngiltərə Premyer Liqasına qayıda bilər.

Newsport.az xəbər verir ki, "Fulhem" 31 yaşlı vingeri transfer etmək istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

London təmsilçisi qısa müddətdə Türkiyə klubu ilə rəsmi danışıqlara başlayacaq.

Qeyd edək ki, Vilfred Zaha 2023-cü ilin yayında azad agent statusu ilə "Qalatasaray"a keçib. Fil Dişi Sahili millisinin üzvü "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 39 rəsmi matçda 10 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right