"Beşiktaş" türk futbolçunu transfer etmək istəyir

Türkiyənin "Beşiktaş" klubu heyətini yeni qapıçı ilə gücləndirmək istəyir.

Newsport.az xəbər verir ki, İstanbul təmsilçisi "Mançester Yunayted"də çıxış edən Altay Bayındırı transfer etmək istəyir. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

"Beşiktaş" "qırmızı şeytanlar"da əsas heyətə düşə bilməyən türk qapıçı üçün yayda İngiltərə klubu ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, "Mançester Yunayted" Altay Bayındırı mövsümün əvvəlində "Fənərbaxça"dan transfer edib. Türkiyə millisinin üzvü Premyer Liqa təmsilçisinin heyətində 1 rəsmi matçda meydana çıxıb. 26 yaşlı qolkiperin klubla müqaviləsi 2027-ci ilin yayına kimidir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right