"Barselona"dan "Atletiko"ya

"Barselona"nın forvardı Ferran Torres "Atletiko"ya keçidə yaxındır.

Newsport.az xəbər verir ki, Madrid təmsilçisi ispaniyalı forvard üçün danışıqlara start verib.

"Atletiko"nun baş məşqçisi Dieqo Simeone mövsümün sonunda Joao Feliksin "Barsa"ya satılacağı təqdirdə, onun əvəzinə Torresin alınmasını rəhbərlikdən istəyib.

Ferran “Valensiya”, “Mançester Siti”də oynadıqdan sonra 2022-ci ildə “Barselona”ya keçib. 24 yaşlı hücumçu 2027-ci il iyunun 30-na qədər İspaniya nəhənginə məxsusdur.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right