"Liverpul" "Çelsi"nin yetirməsini transfer etməyi planlaşdırır

"Liverpul" yeni mövsüm üçün heyətini "Kristal Pelas"ın mərkəz müdafiəçisi Mark Quehini qata bilər.

Newsport.az "The Sun"a istinadən xəbər verir ki, "Mançester Yunayted"in də transfer siyahısında yer alan Markın "Liverpul"a keçidə müsbət yanaşdığı bildirilir. 

Mersisayd təmsilçisi müdafiəçi üçün 35 milyon avro ödəməyə hazırdır. 

Bu mövsüm İngiltərə Premyer Liqasında 26 oyuna çıxan Mark 1 asist edib. 

“Çelsi”nin yetirməsi olan futbolçu “Suonsi”də də icarə əsasında oynadıqdan sonra 2021-ci ildə “Kristal Pelas”a keçib. O, 2026-cı il iyunun 30-na qədər hazırkı komandasına məxsusdur.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right