Levandovskiyə görə dünyanın ən yaxşıları

"Barselona"nın hücumçusu Robert Levandovski hazırda dünyanın ən yaxşısı hesab etdiyi futbolçuları açıqlayıb. Newsport.az xəbər verir ki, polşalı forvard 2 oyunçunu fərqləndirib.

Maraqlıdı ki, Levandovski komanda yoldaşlarından heç kimi bu ada layiq bilmir: “Bunu demək çətindi, çünki AVRO-2024 və Çempionlar Liqasında həlledici oyunlar hələ qarşıdadı. Lakin hazırda Kilian Mbappe və Cud Bellinqem dünyanın ən yaxşı oyunçularıdı”.

Qeyd edək ki, Mbappe (PSJ) və Bellinqemin ("Real") komandası Çempionlar Liqasında mübarizəni davam etdirir. PSJ yarımfinalda Dortmund "Borussiya"sı ilə, "Real" isə "Bavariya" ilə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right