"Mançester Siti" Edersonu itirdi

"Mançester Siti" ciddi itki ilə üzləşib. Newsport.az xəbər verir ki, qapıçı Ederson sıradan çıxıb.

Ulduz futbolçu Premyer Liqanın XXXV turunda "Nottingem Forest"lə səfər görüşündə sıradan çıxıb.

Bu səbəbdən 30 yaşlı qolkiper fasilədən sonra əvəzlənib. Baş məşqçi Pep Qvardiola qapıçının durumunun ciddi olmadığına inanır. Lakin yekun qərar tibbi müayinədən sonra veriləcək.

Qeyd edək ki, "Mançester Siti" səfərdə 2:0 hesablı qələbə qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right