Türkiyə klubu 3 ay əvvəl təyin edilən baş məşqçini göndərdi

Türkiyənin "Konyaspor"  klubunun baş məşqçisi Fahrudin Omeroviç ilə yollarını ayırıb.

Newsport.az xəbər verir ki, bu barədə Superliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

62 yaşlı mütəxəssisin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.

"Konyaspor" Superliqada 34 turdan sonra 36 xalla 15-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, Türkiyədə bir çox klubda köməkçi məşqçi kimi fəaliyyət göstərən Omeroviç bu ilin yanvar ayından "Konyaspor"u çalışdırırdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right