Bundesliqanı tərk edən ilk klub bilindi

Almaniya Bundesliqasının XXXI turunda "Darmştadt" doğma meydanda "Haydenhaym"a məğlub olub. Newsport.az xəbər verir ki, qonaqlar 90-cı dəqiqədə vurduqları yeganə qol sayəsində 1:0 hesablı qələbə qazanıb.

Bu nəticədən sonra 17 xalla turnir cədvəlinin sonuncu, 18-ci pilləsində qərarlaşan komanda növbəti mövsüm üçün yüksək diviziondakı yerini qorumaq şansını itirib.

Çempionatın sonuna 3 tur qalmış “zanbaqlar” pley-off zonasında yer alan “Maynts”dan 11 xal geri qalır. Bu da o deməkdi ki, "Darmştadt"ın elitanı tərk edəcəyi dəqiqləşib.

Qeyd edək ki, adıçəkilən komanda Bundesliqaya ötən mövsümün sonunda vəsiqə qazanmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right