“Leao komandada qalacaq” “Milan” rəsmisi

“Milan”ın baş direktoru Corco Furlani hücumçu Rafael Leaonun klubdakı gələcəyini şərh edib.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, o, portuqaliyalı futbolçunun İtaliya klubunda qalacağına əminlik verib:

“Leao komandada qalacaq. O, uzunmüddətli müqavilə imzalayıb və burada qalmaq istəyir”.

24 yaşlı hücumçu 2019-cu ildən “Milan”da çıxış edir. O, 2023/24 mövsümündə bütün yarışlarda 43 oyun keçirib, 13 qol vurub və 13 məhsuldar ötürmə edib.

“Milan” hazırda 34 oyundan sonra 70 xalla A Seriyasının turnir cədvəlində ikinci yerdədir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right