Millimizin üzvü oynadı, komandası 3 qolla qalib gəldi

Cənubi Koreya çempionatında 9-cu turun oyunları keçirilir.

Newsport.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Anton Krivotsyukun formasını geyindiyi "Tejon Xana Sitizen" doğma meydanda "Seul"u qəbul edib. Qarşılaşma ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Anton Krivotsyuk da bu görüşün iştirakçısı olub. 26 yaşlı müdafiəçi oyuna start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub.

9 turdan sonra 9 xal toplayan "Tejon Xana Sitizen" turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right