"Qalatasaray"dan yeni rekordlar

"Qalatasaray" Türkiyə Super Liqasının 34-cü turunda səfərdə "Adana Demirspor"u 3:0 hesablı ilə məğlub edib.

Newsport.az xəbər verir ki, İstanbul təmsilçisi ölkə çempionatında ardıcıl ən çox qələbə qazanmaq rekordunu yeniləyib. 

"Sarı-qırmızılar" qələbə seriyasını 15-ə çatdırıb. Bundan əvvəlki rekord da 14 qələbə ilə "Qalatasaray"a məxsus idi.

Okan Burukun rəhbərlik etdiyi kollektiv həmçinin, Super Liqada ən çox xal toplamaq rekordunu yeniləyib. Xallarını 93-ə yüksəldən "cim bom" 1988/1989 mövsümündə "Fənərbaxça"nın göstərdiyi nəticəni təkrarlayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right